Accessibility links

Cənubi Koreya Şimalı Koreyanı BMT-nin Təhlükəsizlik Şürasına cəlb edəcək


Cənubi Koreya bildirib ki, Şimalı Koreya onun hərbi gəmisinə hücum edərək batırdığına görə bu ölkə əleyhinə BMT- Təhlükəsizlik Şürasına müraciət edir.

Cənubi Koreya bildirib ki, Şimalı Koreya onun hərbi gəmisinə hücum edərək batırdığına görə bu ölkə əleyhinə BMT- Təhlükəsizlik Şürasına müraciət edir. Bu addım cümə günü Cənubi Koreya prezidenti Li Myunq-bakın Sinqapura səfəri zamanı elan edilib.

Şimalı Koreya 46 dənizçinin həlak olduğu mart hücumu ilə hər hansı bir əlaqəsinin olduğunu inkar edir. Cənab Linin çıxışından bir neçə saat sonra rəsmi Pxenyan Seulun məsələni BMT-nin Təhlükəsizlik Şürası nəzlində qaldırdığı təqdirdə ən sərt tədbirlərə əl atacağı ilə hədələyib.Cənubi Koreya cümə günü bildirib ki, ABŞ-la başlanması bazar ertəsinə planlanmış birgə hərbi təlimlər təxirə salınıb. Təlimlərin başlanma tarixi və təxirə salınma səbəbləri açıqlanmayıb.

XS
SM
MD
LG