Accessibility links

Cənubi Koreya Şimala məhdud şəkildə humanitar yardım göndərilməsinə razılıq verib


Cənubi Koreya Şimala məhdud şəkildə humanitar yardım göndərilməsinə razılıq verib
Cənubi Koreya Şimala məhdud şəkildə humanitar yardım göndərilməsinə razılıq verib

Şimali Koreyaya göndəriləcək məhsulun məbləği 320 000 dollara yaxındır

Cənubi Koreya Şimali Koreyanın gəmisini vurumasına baxmayaraq, bu ölkəyə məhdud şəkildə humanitar yardım göndərilməsinə razılıq verib. Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsünün dediyinə görə, onun ölkəsi özəl yardım qruplarına bu ayın sonunda Şimali Koreyaya iki yük uşaq yeməkləri aparmağa icazə verəcək. Göndəriləcək bu məhsulun məbləği 320 min dollara yaxındır.

Seul Mart ayının 26-da Şimali Koreyanın Çenoan hərbi gəmisinə 46 hərbi dəniz donanması əsgərinin ölümü ilə nəticələnən hücumundan sonra Pxenyanla bütün ticari əlaqələri kəsmişdi. Cənubi Koreya BMT-nin Təhlükəsizlik Şurasına bu məsələ ilə bağlı rəsmən şikayət edib. Şimali Koreya isə bu insidentdə əli olduğunu danır.

XS
SM
MD
LG