Accessibility links

Cənubi Koreya Şimalla sərhəddə hərbi təlimlər keçirir


Cənubi Koreya Şimalla sərhəddə hərbi təlimlər keçirir
Cənubi Koreya Şimalla sərhəddə hərbi təlimlər keçirir

Cənubi Koreyanın müdafiə naziri hərbi dəniz donanmasının Şimali Koreya tərəfindən 2010-cu ildə təcavüzə məruz qalmış Yeonpyonq adasında artilleriya təlimlərinə başladığını bildirib.

Nazir Şimalla Cənubun dəniz sərhədi yaxınlığında keçirilən hərbi təlimlərin ötən ay Şimali Koreya lideri Kim Conq İl vəfat etdikdən bəri ilk dəfə keçirildiyini deyib. Artileriya təlimləri eyni zamanda Baenqnyonq adası yaxınlığında da keçirilir.

Rəsmilər təlimlərin müntəzəm şəkildə keçirildiyin bildirib. Buna bənzər təlimlər 2010-cu ildə Yeonpyonq adasında Şimali Koreya artileriyasının hücumu ilə nəticələnmişdi. Hücum zamanı dörd cənubi koreyalı həlak olmuşdu.

XS
SM
MD
LG