Accessibility links

Cənubi Koreya prezidenti Koreya yarımadasında yeni mərhələnin başlandığını deyir

  • Amerikanın səsi

Cənubi Koreya prezidenti Koreya yarımadasında yeni mərhələnin başlandığını deyir

Cənubi Koreya prezidenti Koreya yarımadasında yeni mərhələnin başlandığını deyir

Cənubi Koreya prezidenti Li Myunq-bak deyir ki, Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün imkan mövcuddur, amma şimal provokasiyalardan çəkinməlidir.

Yeni il münasibətilə xalqa müraciətində cənab Li Koreya yarımadasında situasiyanın dönüş nöqtəsinə çatdığını bildirib.

“Əgər Şimali Koreya masa arxasına səmimi hisslərlə otursa, biz birlikdə Koreya yarımadasında yeni eraya başlaya bilərik. Amma biz ilk öncə qarşılıqlı etimad problemini həll etməliyik,” deyə Cənubi Koreya prezidenti bildirib.

Li Myunq-bakın bəyanatı Şimali Koreya lideri Kim Conq-ilin ölümündən sonra hakimiyyətin kommunist dövlətində onun oğlu Kim Conq-unun əlinə keçməsindən sonra verilib.

Rəsmi Pxenyan dünənki bəyanatında cənab Kimi ölənədək qoruyacağını bəyan edib.

XS
SM
MD
LG