Accessibility links

Cənubi Koreya prezidenti Pxenyanla dialoq barədə qəti fikrini bildirmir


Cənubi Koreya prezidenti Pxenyanla dialoq barədə qəti fikrini bildirmir

Cənubi Koreya prezidenti Pxenyanla dialoq barədə qəti fikrini bildirmir

Cənubi Koreya prezidenti Li Myunq-bak deyir ki, Pxenyanla dialoqa qapı açıq qalır. Eyni zamanda o, Şimali Koreyaya hərbi avantürzimdən heç nə qazanmayacağını sübut etmək üçün yeni müdafiə strategiyaları vəd edir. “Biz Şimali Koreyaya bir qarış torpağımızı da qəsb etməyə imkan verməyəcəyik,” - deyə Li Myunq-bak bildirib. Cənab Li deyib ki, cənub kommunist şimaldan növbəti hücuma hazır olmalıdır.

Ötən noyabrda Yeonpyeonq adasına edilən artilleriya hücumu zamanı dörd cənubi koreyalı həlak olmuşdu. Cənab Li həmçinin əlavə edib ki, əgər şimal səmimilik nümayiş etdirsə cənub Pxenyanla iqtisadi əməkdaşlığı gücləndirməyə hazırdır. Cənubi Koreya prezidentinin çıxışı Şimali Koreya hökumətinə məxsus dövlət qəzetində yarımadada gərginliklərin azaldılmasına çağıran məqalənin dərcindən iki gün sonraya təsadüf edir.

XS
SM
MD
LG