Accessibility links

Cənubi koreyalılar Yaponiyaya qarşı etiraz aksiyası keçiriblər

  • Amerikanın səsi

Cənubi koreyalılar Yaponiyaya qarşı etiraz aksiyası keçiriblər

Cənubi koreyalılar Yaponiyaya qarşı etiraz aksiyası keçiriblər

Onlarla cənubi koreyalı Yaponiyanın Seuldakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Buna səbəb rəsmi Tokyonun öz diplomatlarına Cənubi Koreyaya məxsus təyyarələrdə 30 gün müddətinə səyahət etməyi qadağan etməsidir.

Yüzə yaxın adam əllərində Cənubi Koreya bayraqları yelləmiş, müxtəlif şüarlar səsləndirmişlər. Hansısa məqamda polis müdaxilə edərək Yaponiya bayrağının yandırılmasının qarşısını alıb.

Korean Air şirkəti yeni super Airbus A380 markalı təyyarəsini mübahisəli adalar üzərindən uçurduqdan sonra Yaponiya hökuməti qadağanı tətbiq edib. Tokyo təyyarənin yapon hüdudlarına daxil olduğunu iddia edir. Yaponlar balaca qayalıq adaları Takeşima, cənubi koreyalılar Dokdo adlandırırlar.

XS
SM
MD
LG