Accessibility links

Cənubi Koreyanın fəzaya elmi peyk göndərmə cəhdi iflasa uğradı

  • Asgar Asgarov

Cənubi Koreyanın fəza proqramı Asiya regionundakı rəqbiləri Hindistan, Çin və Yaponiyanın proqramlarından xeyli geridə qalır

Cənubi Koreya bildirir ki, elmi araşdırma peyki daşıyan raket səmaya qalxdıqdan az sonra partlayıb. Elm və Texnologiya naziri Ahn Byonq Man müxbirlərə deyib ki, yerdəki nəzarət komandası qalxmadan 137 saniyə sonra Naro-1 raketi ilə təması itirib. Cənubi Koreya və Rusiyanın birgə istehsal etdikləri raket Naro Fəza Mərkəzindən səmaya qalxıb. Bundan 24 saat əvvəl mühəndislər aerodromun yanğınsöndürmə sistemində problem olduğu üçün uçuşu təxirə salmışdılar. Bu itki Cənubi Koreyanın daxili fəza proqramı üçün böyük geriləmədir. Cənubi Koreyanın fəza proqramı Asiya regionundakı rəqbiləri Hindistan, Çin və Yaponiyanın proqramlarından xeyli geridə qalır.

XS
SM
MD
LG