Accessibility links

Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Federasiyası təsis olunub


Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Federasiyası təsis olunub

Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Federasiyası təsis olunub

Azərbaycan, Gürcüstan və Ermənistanın hüquq müdafiəçiləri ölkələr daxilində insan haqlarının durumu ilə bağlı birgə bəyanatlar, beynəlxalq qurumlara təqdim etmək üçün birgə hesabatlar hazırlayacaq.

Oktyabrın 21-də Azərbaycanın bir sıra tanınmış hüquq müdafiəçiləri Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Federasiyasının təsis olunduğunu bəyan edib.

Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan hüquq müdafiəçiləri təmsil olunur.

“Federasiyada Gürcüstanı Nana Kabadze, Ermənistanı Mixael Danielyan təmsil edir. Azərbaycandan Federasiyaya Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Federasiyaya hüquq müdafiəçiləri fərd kimi daxil olur və yeni üzvlərin qəbulu qərarı konsensusla qəbul edilir.

“Hər üç ölkənin hüquq müdafiəçiləri ölkələr daxilində insan haqlarının durumu ilə bağlı birgə bəyanatlar, beynəlxalq qurumlara təqdim etmək üçün birgə hesabatlar hazırlayacaq. Bu qurumu həm də ölkədə kifayət qədər tanınmış hüquq müdafiəçilərinin klubu da adlandırmaq olar”, - deyə hüquq müdafiəçisi Əvəz Həsənov qeyd edib.
Bundan əlavə, hüquq müdafiəçiləri Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristian Ştrasserin artıq Cənubi Qafqaz və MDB ölkələrində siyasi məhbuslar üzrə məruzəçi səlahiyyəti olduğunu qeyd edib. Hüquq müdafiəçiləri K.Ştrasserin siyasi məhbus məsələsi ilə bağlı vahid fəaliyyət proqramının olmasının vacibliyini qeyd edib.

Hüquq müdafiəçisi Eldar Zeynalov hər üç ölkənin hüquq müdafiəçilərinin Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun durumu ilə bağlı beynəlxalq qurumlara müraciəti olacağını xatırladıb.

XS
SM
MD
LG