Accessibility links

Cənubi Qafqaz ölkələrində internet üzərində senzura yoxdur


Cənubi Qafqaz ölkələrində internet üzərində senzura yoxdur

Cənubi Qafqaz ölkələrində internet üzərində senzura yoxdur

ATƏT-in Cənubi Qafqaz konfransında Azərbaycan, Ermənistan və Gürcüstandan olan məruzəçilər bəyan edib ki, hər üç ölkədə internetdə informasiya fəaliyyəti üçün rəsmi icazə sistemi yoxdur.

İqtidarın internet üzərində dövlət nəzarəti yaratmaq üzrə ayrı-ayrı cəhdlərinə baxmayaraq, virtual məkanda media fəaliyyətinin lisenziyalaşdırılmasını nəzərdə tutan İnternet senzura hələ Cənubi Qafqaz ölkələrində yoxdur.
Turan Agentliyinin məlumatına görə, ATƏT-in plüralizm və İnternetin idarə edilməsi problemi üzrə Tbilisidə keçirilən regional Cənubi Qafqaz konfransında Azərbaycan, Ermənistan və Gürcüstandan olan məruzəçilər bəyan ediblər ki, hər üç ölkədə internetdə informasiya fəaliyyəti üçün rəsmi icazə sistemi yoxdur. "Mən Miyatoviçə istinadən demək istəyirəm, Azərbaycanda İnternet senzurası yoxdur və hökumət bu istiqamətdə addımlar atmağı planlaşdırmır", - deyə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Amma IREX-Gürcüstan təşkilatının yeni KİV-lər üzrə proqram meneceri Qiqa Pançadze və informasiya təhlükəsizliyi üzrə Yerevan eksperti Samvel Martirosyan etiraf edib ki, Rusiya-Gürcüstan müharibəsi zamanı və 2008-ci ildə Ermənistanda prezident seçkiləri zamanı hakimiyyət etibarsız saytları blokadaya alıb və internetin işini iflic etməyə cəhd göstərib. Hər üç ölkədə internet istifadəçilərinin sayı artmaqda davam edir. Azərbaycanda 4,5 mln, Gürcüstan və Ermənistanın hərəsində 1 mln istifadəçi olduğu deyilir. Bu rəqəmlər nisbi xarakter daşıyır və Azərbaycanda bu cür strukturlaşdırılır: evdə istifadəçi sayı - 39%, internet kafe - 15%, işdə 20%, kitabxanada - 0,5% və başqaları -17%. Facebook və başqa sosial şəbəkələr regionda istifadəçilərin kütləvi ünsiyyət platformasına çevrilib: Azərbaycanda onların sayı 0,5 mln, Ermənistan və Gürcüstanın hərəsində 350 mindir. Maraqlıdır ki, onların çoxu gənclərdir, Gürcüstanda isə 60%-i qadınlardır.

Bəxtiyar Məmmədov qeyd edib ki, sadə internet xidmətinin inkişafı məqsədi ilə vətəndaş cəmiyyəti formalaşdırmaq üçün ölkədə “Elektron Azərbaycan” dövlət proqramı fəaliyyət göstərir. O həmçinin məlumat verib ki, hökumət ölkə ərazisindən Qərb-Şərq yüksək sürətli telekommunikasiya yolunun keçirilməsi barədə beynəlxalq təşəbbüs irəli sürüb. Amma Məmmədov Azərbaycanda İKT sahəsində qeyri-sağlam rəqabət, o cümlədən 3G xidmətindən istifadə hüququnun 3 mobil rabitə operatorundan birinə - Nar Mobilə verilməsi, radiotezliklər alınmasındakı məhdudiyyət, provayderlik üzərində dövlət nəzarəti barədə suallara cavab verməkdə çətinlik çəkib. Çıxışlardan məlum olub ki, Cənubi Qafqaz ölkələrinin hökumətlərinin internet üzərində məhdudlaşdırıcı nəzarət qoymaq arzusuna beynəlxalq öhdəlilər, o cümlədən ATƏT qarşısında öhdəlik mane olur.

XS
SM
MD
LG