Accessibility links

Cənubi Sudanda sülh danışıqları iflasa uğrayıb

  • Amerikanın səsi

Cənubi Sudan prezidenti Salva Kiir

Cənubi Sudan prezidenti Salva Kiir

Cənubi Sudanın qiyamçı lideri George Athor Deng deyir ki, ölkənin hakim partiyası ilə sülh danışıqları iflasa uğrayıb. O, öz qüvvələrinin hökumətə qarşı vuruşmağa hazır olduğunu bəyan edib.

Nairobidə çıxış edən Athor bildirib ki, Cənubi Sudan prezidenti Salva Kiirin hakim partiyası olan Cənubi Sudan Xalq Azadlıq Partiyası ilə danışıqlar əsnasında Cənubi Sudan Demokratik Hərəkatının başlıca tələbləri yerinə yetirilməyib. Bu tələblər sırasında yeni seçkilər, siyasi məhbusların buraxılması və hökumətlər sülh müqaviləsinin icrasına nəzarət edilməsi üçün üçüncü tərəfin müəyyən edilməsi daxil idi.

İndiki Cənubi Sudan ordusunun sabiq general Athor ötən il Conqley vilayətində qubernatorluq üzərində səsverməni uduzduqdan sonra qiyam qaldırdı. O, seçkilərin saxtalaşdırıldığını iddia etdirdi.

XS
SM
MD
LG