Accessibility links

Co Bayden Avropa səfərini bu gün Moldovada başa çatdırır

  • Amerikanın səsi

Co Bayden Avropa səfərini bu gün Moldovada başa çatdırır

Co Bayden Avropa səfərini bu gün Moldovada başa çatdırır

ABŞ-ın vitse-prezidenti Co Bayden Avropa səfərini bu gün Moldovada başa çatdırır. Bayden keçmiş Sovet respublikalarına son on ildə səfər edən ən yüksək səlahiyyətli ABŞ nümayəndəsidir. Vitse-prezidentin səfərinin məqsədi Moldovanı islahatlar və Avropa ilə yaxınlaşmağa ruhlandırmaqdır. Kişinyevda Moldovanın baş naziri Vlad Filat ilə görüşü zamanı Bayden siyasi və iqtisadi islahatlar və korrusiya ilə mübarizədə Moldovaya dəstək veriləcəyinə söz verib. Dünən Rusiya olan Co Bayden xarici investorları cəlb etmək istəyirsə, Moskvanı siyasi islahatlar həyata keçirməyə və qanunun aliliyini gücləndirməyə çağırmışdı. ABŞ-ın vitse-prezidentinin Avropa turnesi Finlandiyadan başlamışdı.

XS
SM
MD
LG