Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Çinin Şərqi Çin dənizində yeni havadan müdafiə zonası planını rədd edərək deyib ki, bu, regionda yeni gərginliyə və mümkün yanlış hesablamalara gətirib çıxara bilər.

Cənubi Koreya paytaxtı Seulda universitetdə danışan cənab Baydenin sözlərinə görə, Birləşmiş Ştatlar Hava Müdafiə İdentifikasiyası Zonasını (ADIZ) tanımır.

O bildirib ki, bu, Amerikanın fəaliyyətlərinə təsir göstərməyəcək.

Çin Vaşinqton, Tokio və Seulun müdafiə zonası ideyasından geri çəkilməsi barədə çağırışlarına məhəl qoymur. Pekin bildirir ki, bu, beynəlxalq qanunları pozmur.
XS
SM
MD
LG