Accessibility links

Co Bayden ictimaiyyəti Konqresə təsir göstərməyə səsləyir

  • Amerikanın səsi

Co Bayden ictimaiyyəti Konqresə təsir göstərməyə səsləyir

Co Bayden ictimaiyyəti Konqresə təsir göstərməyə səsləyir

ABŞ vitse-prezidenti Co Bayden prezidentin iş yerləri haqda planını qəbul etdirmək üçün ictimaiyyəti Konqresə təzyiq göstərməyə çağırıb.

Prezident Barak Obama Fransada Böyük İyirmiliyin sammitindən qayıdırkən xalqa həftəlik müraciəti cənab Bayden ünvanlayıb.

Vitse-prezident deyib ki, prezident Konqresin hərəkətə keçməsini gözləməyəcək. Onun sözlərinə görə artıq cənab Obama ali icraçı səlahiyyətlərindən istifadə edərək tələbə borc faizlərini azaldıb və ipoteka xərclərini yenidən maliyyələşdirmək şərtlərini yüngülləşdirib.

Respublikaçıların cavab çıxışında Senator Skott Braun Demokrat həmkarlarını bu ilin əvvəlində onun təklif etdiyi iş qanununu qəbul etməyə səsləyib. Braun deyir ki, onun təklifi 2013-cü ildən başlayaraq federal hökumət üçün çalışan kontraktorlar və kiçik bizneslər üzərinə gizli vergi (3%) xarakteri daşıyan mandatı ləğv edəcək.

XS
SM
MD
LG