Accessibility links

Vitse prezident Baydenin Türkiyə səfəri zamanı təzyiqlərlə qarşılaşacağı gözlənilir


Vitse prezident Baydenin Türkiyə səfəri zamanı təzyiqlərlə qarşılaşacağı gözlənilir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

ABŞ Vitse-prezidenti Co Bayden çərşənbə günü Türkiyəyə səfər edəcək. O, iyul ayının 15-də prezident Rəcəp Tayyip Ərdoğana qarşı törədilmiş çevriliş cəhdindən sonra Türkiyəni ziyarət edən ilk yüksək səviyyəli Qərb lideri olacaq. Türklərin çoxu Qərbin kifayət qədər həmrəylik göstərməməsi ilə bağlı narazılıqlarını bildirir. Qərb isə Ankaranın çevriliş cəhdindən sonra 80 min dövlət işçisinin və əsgərin saxlanması və ya işdən kənarlaşdırılması ilə bağlı narahatlığını ifadə edir.

Türkiyədə son vaxtlar bir neçə qanlı terror hücumu baş verib. İlk dəfə olaraq ölkə parlamentinin binasının bombalandığı çevriliş cəhdindən sonrakı dövrdə baş vermiş hücumlardan sonuncusu Qaziantep şəhərində kürdlərin toyunda törədilən terror hadisəsidir. Ağ Evin mətbuat katibi Coş Ernest vitse-prezidentin səfəri ilə bağlı açıqlama verib.

Coş Ernest: “Vitse prezidentin birinci və ən başlıca mesajı müttəfiqimiz Türkiyəyə güclü dəstəyin davam etdirilməsi olacaq. Bu ölkə hazırda bir çox çətinliklərlə üzləşir.”

Bəzi təhlilçilər deyir ki, Türkiyədə insanların çoxu ABŞ və Avropa İttifaqının rəsmi Ankaranın çevriliş cəhdinə cavabı ilə bağlı olduqca tənqidi mövqe tutduğunu düşünür.

“Türkiyə ictimaiyyətində suallar mövcuddur. Türkiyənin uzun müddətdir müttəfiqi olmuş ölkənin həmrəylik nümayiş etdirməsi və bu həmrəyliyi sübuta yetirmək üçün Türkiyəyə səfər nə üçün bu qədər vaxt alıb? Bu həm də Avropa İttifaqına da aiddir,” deyə Brookings institutunun təhlilçisi Kemal Kirişci bildirib.

Türkiyə prezidenti Ərdoğan ABŞ-da yaşayan din xadim Fətullah Gülənin çevriliş cəhdinin arxasında olduğunu iddia edir və Vaşinqtondan onun ekstradasiyasını tələb edir.

Rəcəp Tayyip Ərdoğan: “Biz Amerikaya deyirik: Biz strateji tərəfdaş deyilikmi? Bizim ekstradasiya hüquqlarımız yoxdurmu? Əgər bu belədirsə, siz bizdən terrorçuların ekstradiasiyasını istəyəndə biz sizdən sənəd tələb etmirik.”

Pensilvaniyada yaşayan Gülən Amerikanın Səsinə bildirib ki, onun çevriliş cəhdi ilə əlaqəsi yoxdurə O, hadisəni qınayıb. Gülənin vəkili isə bildirib:

“Əgər Birləşmiş Ştatlar zəif mövqe tutaraq, onu təyyarəyə qoyub Türkiyə hökumətinin onun haqda çirkin ifadələr işlətdiyi halda geri göndərsə, bu, presedenti olmayan bir hadisə olardı.”

Baydenin Ankarada Ağ Evin mətbuat katibinin bəyanatını təkrar edəcəyi gözlənilir.

Coş Earnest: “Birləşmiş Ştatlar və Türkiyə arasında 30 ildən çoxdur ekstradisiya haqda qanun var.”

Earnest deyib ki, ABŞ ədliyyə departamentinin bəzi rəsmiləri əldə edilmiş sübutları nəzərdən keçirmək üçün bu həftə Türkiyəyə səfər edəcək. O, ABŞ-ın dəlillər və qanunlar əsasında qərar verəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG