Accessibility links

Co Bayden Hillari Klintonla mübarizəyə qoşula bilər


Ağ Ev prezidentliyə namizədliyini irəli sürməyi nəzərdən keçirən vitse-prezident Co Baydenin demokrat namizədlər arasında birinci olan Hillari Klintonla rəqabət üçün siyasi bacarığı və təcrübəsinin olduğunu bildirib.

Bayden bu ilin əvvəli deyib ki, o, 2016-cı il prezident seçkilərində iştiraka qoşulub-qoşulmayacağına dair qərarını sentyabradək verəcək. Onun mübarizəyə qoşulması Klintonun dövlət katibi olduğu müddətdə şəxsi emailindən istifadəyə dair suallarla üzləşdiyi vaxta təsadüf edir.

Prezidentliyə digər demokrat namizəd Berni Sanders Baydenin çətin rəqib olacağını düşünür. Lakin Bayden bundan əvvəl iki dəfə prezidentliyə namizədliyini irəli sürüb və hər ikisində məğlub olub.

ABŞ prezidenti Barak Obama hələlik onun davamçısının kim ola biləcəyini deməyib və dəfələrlə həm cənab Bayden, həm də xanım Klintonu dəstəklədiyini bildirib.

Ağ Ev sözçüsü Coş Ernest deyib ki, cənab Obama hazırki namizədlərdən hansınasa dəstək verə ifadə edə bilər, ancaq o, partiyadaxili seçkilərin qalibi kim olsa, sonda onu dəstəkləyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG