Accessibility links

Co Baydenin Çin səfəri davam edir

  • Amerikanın səsi

Co Baydenin Çin səfəri davam edir

Co Baydenin Çin səfəri davam edir

Çinin vitse-prezidenti Tsi Jinping amerikalı həmkarı Co Baydenlə iki ölkənin biznes liderləri ilə görüş keçirib. Tsi bildirib ki, ABŞ iqtisadiyyatı hələ də möhkəmdir və yenidənbərpa qabiliyyətinə malikdir. Çinin vitse-prezidenti Pekin və Vaşintqonun ticarət əlaqələrini siyasiləşdirməməsinin vacibliyini vurğulayıb. Görüş xarici şirkətlərin Çinin bazar və ABŞ ixracına məhdudiyyətlər yaratdığına dair şikayətlərə baxılması məqsədi daşıyıb.Çin 1 trillion Amerika dollarını saxlamaqla, onu ən böyük xarici kreditor edib. Co Baydenin səfəri ABŞ-ın Tayvana silah satışı ilə bağlı narahatlıqların artdığı vaxta və Amerikanın tədricən Tayvanı silahla təmin etməsinin azaldılmasına dair 1982-ci il kommunikesinin ildönümünə təsadüf edir. Rəsmi Pekin F-16 qırıcı təyyarələrin Tayvana satışı ilə bağlı Baydenə təzyiq göstərməlidir. ABŞ rəsmiləri isə vitse-prezidentin silah satışı məsələsinə toxunmayacağını bildirib.

XS
SM
MD
LG