Accessibility links

Coe Bayden tərəddüd edir


ABŞ vitse-prezidenti Coe Bayden emosional müsahibəsində deyib ki, bu yaxınlarda oğlunun ölümündən sonra prezidentlik kampaniyasına başlamağa hazır olub-olmadığından əmin deyil.

Bayden CBS televiziya kanalının Gecəyarısı Şou proqramında Stefen Kolberin qonağı olub.

Bayden şounun yeni aparıcısına deyib ki, prezidentliyə namızədliyini vermək istəyən hər kəs ürəyi, ruhu, enerji sərf etməsi ilə bu işə başlamalıdır.

"Məndə bu hisslərin olduğunu desəm yalan olardı"-deyə Bayden Kolberə bildirib.

Baydenin prezidentliyə namizədliyini irəli sürməsini istəyən oğlu Beau may ayında beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Vitse-prezident bu yaxınlarda Kolorado ştatının Denver şəhərində hərbiçilər və onların ailə üzvləri ilə görüşü zamanı hərbiçilərdən biri onun oğlu Beaula İraqda birgə xidmət etdiyini deyib. Bayden hər şeyin onun üçün dəyişdiyini və belə bir vəziyyətdə prezidentliyə hazır olmadığını başa düşdüyünü deyib.

XS
SM
MD
LG