Accessibility links

ABŞ və İsrail sərhəddə toqquşmala görə Suriyanı ittham edir (YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ və İsrail sərhəddə toqquşmala görə Suriyanı ittham edir (YENİLƏNİB)

ABŞ və İsrail sərhəddə toqquşmala görə Suriyanı ittham edir (YENİLƏNİB)

ABŞ bazar günü İsrail-Suriya sərhədində toqquşmada Suriyanı ittiham edərək İsrailə qoşulub. Dövlət Departamentinin sözcüsü Mark Toner deyib ki, Suriyanın məqsədi diqqəti ölkədaxili münaqişədən yayındırmaqdır. O deyib ki, hər bir suveren ölkə kimi İsrail də özünü müdafiə etmək hüququna malikdir.

İsrail əsgərləri və onlarla fələstinli nümayişçi dünən insan ölümü ilə nəticələnmiş toqquşmadan sonra bu gün də Suriya ilə İsrailin nəzarətində olan Colan yüksəklikləri arasında sərhəddə qalmağa davam edir.

İsrail hərbçiləri Suriya mətbuatının yayımladığı xəbəri ziddiyyətli hesab edib. Xəbərdə deyilir ki, nümayişçilər sərhəddi keçməyə cəhd edərkən İsrail silahlı qüvvələrinin atəş açması nəticəsində 20 nümayişçi həlak olub, 325 nəfər yaralanıb. Hərbçilər ölənlərin sayının şişirdildiyini bildiriblər. Sözcü ölənlərdən 10-nun nümayişçilər qumbara atarkən minaların partlaması nəticəsində öldüyünü deyib.

XS
SM
MD
LG