Accessibility links

Kolorado ştatında marixuana mağazaları işə başladı [Video]


Paytaxt Vaşinqton da daxil edilməklə, Birləşmiş Ştatların 20 ştatında marixuananın tibbi məqsədlər üçün istifadəsinə icazə verilir. Lakin ölkənin qərbi Kolorado ştatı 2014-cü ildən başlayaraq marixuananın məişətdə istifadəsinə icazə verən ilk ştat olub. Yeni İlin birinci günündə Koloradonun Denver şəhərində marixuana sənayesi barda bayram edir. Müştərilər ilk dəfə marixuanadan açıq şəkildə istifadə edəcəklər.

Buradakı müştərilər marixuananın qanuni olaraq satışına bir neçə dəqiqə qaldığını deyirlər. Marixuana almaq üçün növbədə ən birinci Şon Azzarti durub. Satış səhər 8-də başlanır. Maruxuananın qiyməti 59 dollar 74 sentdir.

İraq müharibəsi veteranı olan Azzarti müharibədə aldığı stress-travmadan əviyyət çəkdiyini və maruxuananın ona yardım etdiyini deyir. “Mən bu otdan vəziyyətimi yüngülləşdirmək üçün istifadə edirəm. Müharibə iştirakçılarına yardım məqsədi ilə digər ştatlar da bunu etməlidir.”

Belə bir qanunun ilin son hissəsində Birləşmiş Ştatların Vaşinqton ştatında da qüvvəyə minəcək. Keçən ay Uruqvay maruxuananın istifadəsinə və satışına icazə verilən ilk dövlət oldu.

Bir alıcı isə marixuana almaq üşün nağd pul və şəxsiyyət vəsiqəsinin lazım olduğunu deyir. Sərbəst marixuana satışının başqa tərəfdarları da bu fürsətdən yararlanmağa həyəcanlıdırlar.
XS
SM
MD
LG