Accessibility links

ABŞ agenti Kolumbiyada qətlə yetirilib


Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, narkotik maddələrlə mübarizə məqsədi ilə Kolumbiyada olan agentlərdən biri Boqota şəhərində qətlə yetirilib.

Birləşmiş Ştatların Cənubi Amerika ölkəsindəki səfiri Maykl Makkenli agentin bu gün səhər vermiş cinayət xarakterli soyğunçuluq hadisəsi nəticəsində öldürüldüyünü bildirib.

Polis qətlə yetirilən şəxsin bir il yarımdır bu ölkədə fəaliyyət göstərən 43 yaşlı agent Ceyms Terri-Vatson olduğunu bildirib.

Səfir Makkenli qətlə yetirilməzdən əvvəl agentin dostları ilə birlikdə Boqota restoranında Milli Basketbol Liqasının finalı oyununu izlədiyini deyib. Polisin verdiyi məlumata görə oyundan sonra agent taksiyə minib, daha sonra iki nəfər taksinın yolunu kəsdikdən sonra Vatspmi maşında çıxararaq ona 4 bıçaq zərbəsi endirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG