Accessibility links

“Straight Outta Compton” – Hip-Hopla Rep-in yüksəlişi və enişi [Video]


“Straight Outta Compton” – Hip-Hopla Rep-in yüksəlişi və enişi haqda sənədli dramadır
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Straight Outta (Out of) Compton” – “Küçələrin Səsi” Hip-Hopla Rep-in yüksəlişi və enişi haqda sənədli dramadır. Film Los-Ancelesin kasıb Kompton məhəlləsindəki narazılıqlar və polis zorakılığının qaradərili icmanın Hip-Hop müsiqisi vasitəsilə cəmiyyətə çatdırılmasından danışır.

Qaradərililərin yaşadığı Komton məhəlləsindəki yeniyetmələr polis tərəfindən haqsızlığa məruz qalmamaq ü,ün evdən çıxmamağa çalışır. Qari Qreyin “Küçələrin Səsi” filmində 1980-ci illərdəki zorakılıqlar Rep musiqisi vasitəsilə çatdırılır.

İlk Rep qrupu N.W.A burada doğulub. Qrupun narkotik maddələr, zorakılıq və yoxsulluq haqdakı sərt musiqisi dünyanı başına aldı. Rejissor Qari Qrey çəkilişləri Komptonda etdiyi filmin orijinallığını saxlamaq, hadisələri olduğu kimi göstərmək üçün çox ciddi işləməli olduğunu deyir. “Burada ən vacib məsələ Amerika mədəniyyətinin şəklini olduğu kimi vermək idi. Belə ki, mən həmin müddətdə jurnalist deyil, tarixçi oldum.”

Bütün bunlar hazırda Hollivudun maqnatı olan “İce Cube”un yadındadır. “İce Cube”un üzvü deyir ki, musiqi onların silahı oldu. Onun oğlu Oşia Cakson atasının gəncliyindən danışır. “Onlar digərlərinin danışmağa qorxduğu şeylərdən, insanların xəbərdar olmalı olduğu şeylərdən danışırdı”.

Lakin onların bütün baş verənləri bu yolla çatdırmaları Komptondan kənardakıları hiddətləndirirdi.

Bu film N.W.A-nın fəliyyətindən, yüksəlişindən və nəhayət dağılmasından danışır. Lakin, əsasən də bu yaxınlarda qaradərili Maykl Braunun Ferqusonda və Erik Qarnerin Nyu-Yorkda polis qətəfindən öldürülməsindən sonra polisin filmdəki zorakılıq səhnələri tamaşaçının qəzəbinə səbəb olur.

XS
SM
MD
LG