Accessibility links

Sabiq BMT rəsmisi korrupsiyada təqsirləndirilib


Con Aşa qarşı 1 milyon dollarlıq rüşvət ittihamı irəli sürülüb

ABŞ münsiflər məhkəməsi sabiq Birləşmiş Millətlər Təşkilatının Baş Assabmleya prezidenti Con Aş-ı çinli iş adamının maraqlarını təmsil etmək məqsədilə 1 milyon dollar rüşvət almaqda təqsirləndirilib.

Coş Aş 2013-cü ildə Baş Assambleyanın prezidenti seçilənədək 2004-cü ildən bəri Anqiqua və Barbudanın BMT-dəki səfiri vəzifəsində çalışıb. O, iki həftə öncə Nyu-York şəhəri ətrafında yerləşən evində həbs olunub.

İttihamnamədə həmçinin David Ng kimi tanınan Makauda fəaliyyət göstərən daşınmaz əmlakçı milyarderi Ng Lap Seng və digər üç nəfərin adı çəkilib.

Ng ötən ay digər ittihamlarla həbs olunub və daha sonra 50 milyon dollar zəmanət müqabilində ev dustağlığına buraxılıb.

İttihamçılar Ng-nın 2011-ci ildə Makauda multimilyard dollarlıq BMT konfrans mərkəzinin inşasını təbliğ etmək üçün Aşın nüfuzundan istifadə etdiyini deyir.

XS
SM
MD
LG