Accessibility links

ABŞ-ın baş prokuroru Erik Holder deyib ki, hökumət pilotsuz təyyarə hücumlarından Birləşmiş Ştatların ərazisində istifadə etmək niyyətində deyil. Lakin o bildirib ki, prezidentin ölkə daxilində pilotsuz təyyarələrdən istifadəyə dair əmr verə biləcək qeyri-adi bir vəziyyətin yarana biləcəyini təsəvvür etmək mümkündür.

Erik Holder bu açıqlamaları Senatın Ədliyyə Komitəsinin Obama administrasiyasının xaricdə pilotsuz təyyarə hücumlarından istifadə etməsinin hüquqi əsasları barədə sualları ünvanlayarkən verib.

Holderin cavabı Respublikaçı Senator Rand Polu təmin etməyib. Senator Rand Pol administrasiyanın nə zaman və harada pilotsuz təyyarə hücumlarından istifadə edilə biləcəyi barədə aydın izahat verilmədiyini bildirib.

Senator Ran Pol dinləmələrdən sonra Con Brennanın Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsinə təyin edilməsi üçün keçiriləcək səsverməni yubatmaq üçün Senatda uzun-uzadı çıxış edib.
XS
SM
MD
LG