Accessibility links

Con Hinkli psixiatriya klinikasından azad edilir


35 il əvvəl prezident Ronald Reyqana qarşı sui-qəsdə əl atan Con Hinkli psixiatriya klinikasından azad ediləcək.

Hakim Pol Fridman bildirib ki, 61 yaşlı Hinkli nə özünə, nə də digərlərinə təhülkədir. O, avqust ayının 5-də Virciniya ştatının anasının yaşadığı Uilyamsburq şəhərinə göndəriləcək.

Hinklinin yeni həyatı monitoring və psixiki müalicə altında davam edəcək.

Müqəddəs Yelizaveta xəstəxanasında saxlanılan müttəhim ayda bir dəfə nəzarət altında anasını ziyarət edirdi. Lakin hakim onun azadlığına dair şərtləri pozduğu təqdirdə xəstəxanaya geri göndərilməsinə hökm verib.

Hinklinin işi Amerikada diqqətləri kriminal, silahlara icazə və əqli xəstəliklərlə bağlı ədliyyə sisteminə yönəltmişdi.

Reyqanın yaralanması ilə nəticələnən hücum zamanı ABŞ-ın Xüsusi Xidmət orqanının rəhbəri Ceyms Bradi və bir pols zabiti güllələnmişdi. Hadisə qurbanları xilas olsalar da, başından güllə yarası alan Bradi iflic olmuşdu. 2014-cü ildə vəfat edən Bradi həyatını silahlara nəzarət qanunlarının möhkəmləndirilməsi tələbi ilə keçirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG