Accessibility links

ABŞ-ın Daxili Təhlükəsizlik naziri mühacirət qadağasını müdafiə edib


ABŞ-ın Daxili Təhlükəsizlik naziri Con Kelli prezident Donald Trampın mühacirətin məhdudlaşdırılmasına dair sərəncamını müdafiə edib.
"Bu, səfərlərə qadağa deyil, bu, qaçqınlar və viza yoxlama sistemini nəzərdən keçirmək imkanı əldə etmək üçün müvəqqəti fasilədir"-deyə o bildirib.

Con Kelli yeni qaydaların terrorçuların ölkəyə daxil ola bilməsinin qarşısına yönəldiyini və bunun "müsəlmanlara qadağa" olmadığını deyib.

Rəsmilər sərəncama baxmayaraq, 872 qaçqının ciddi narahatlıqlar səbəbi ilə ölkəyə buraxılacağını bildiriblər.

Bu, səfərlərə qadağa deyil, bu, qaçqınlar və viza yoxlama sistemini nəzərdən keçirmək imkanı əldə etmək üçün müvəqqəti fasilədir.

Ağ Evin bəyanatında Obama administrasiyası dövründən baş prokuror vəzifəsini icra edən Salli Yetsin"ABŞ vətəndaşlarını müdafiə etmək üçün nəzərdə tutulan əmri yerinə yetirməkdən imtina etməklə Ədliyyə Nazirliyinə xəyanət etdiyi" bildirilir.

Bəyanatda Yetsin həmçinin "sərhədlərin müdafiəsində zəif, qanunsuz mühacirlər məsələsində isə çox zəif olduğu" deyilir.

Ağ Ev bəyanatında Trampın baş prokurorun vəzifələrinin icrasını ABŞ-ın Virciniya ştatının dairəsinin prokuroru Dana Boentiyə həvalə etdiyi bildirilir. Prezidentin baş prokuror vəzifəsinə nominasiya etdiyi Alabama senatoru Ceff Seşşinsin Senatda həmkarları tərəfindən yaxın vaxtda təsdiq ediləcəyini gözlənilir.

Keçmiş prezident Barak Obama Yetsi baş prokurorun müavini vəzifəsinə 2015-ci ildə təyin etmişdi. Tramp administrasiyası onun yeni baş prokurorun Senatda təsdiqinə qədər vəzifədə qalmasını istəyib.

XS
SM
MD
LG