Accessibility links

Con Kennedinin siyasi irsi-Berlində tarixi nitq [VİDEO]


Con Kennedinin Berlin çıxışı
please wait

No media source currently available

0:00 0:04:16 0:00

Con Kennedi Berlində, 1963-cü il

Noyabrın 22-də prezident Con Kennedinin sui-qəsd nəticəsində ölümündən 50 il keçir. Bu, Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında soyuq müharibənin ən qızğın dövrü idi və Berlin bölünmüş iki dünyanı təmsil edən bir şəhər idi. Prezident Kennedi sui-qəsddən bir neçə ay öncə Berlində tarixi nitq söyləmişdi. ABŞ-ın gənc prezidentinin azadlıq çağırışlarının əks-sədası bugünkü vahid Berlində hələ də hiss edilməkdədir.

“Kommunizmin gələcəyin dalğası olduğunu deyənlər gəlsinlər Berlinə!”
1963-cü ildə prezident Con Kennedi Berlində çıxışı zamanı bu sözləri demişdi. Bölünmüş şəhər olan Berlin soyuq müharibənin cəbhə xəttinə çevrilmişdi.
Münhen universitetinin professoru Andreas Etges:”Berlinin hər iki tərəf üçün rəmzi mənası olduqca böyük idi. Xüsusilə də amerikalılar üçün. Berlini Amerika dəyərləri, Amerika azadlığının kommunistlərə qarşı müdafiəyə qalxan bir şəhər kimi təsvir etmək olar.”

1961-ci ilin avqustunda Sovet İttifaqı kommunist partiyasının baş katibi Nikita Xruşşov Berlin divarının tikilməsi əmrini vermişdi. O zaman Qərbi Berlinin sakini Aleksandr Lonqolius qorxu hissinin şəhərə hakim olduğunu deyir.

Almanlar Kennedini divarın tikilməsinə mane olmadığına görə tənqid edirdi. ABŞ qərbi berlinliləri sovet təcavüzünün divara görə dayanacağını inandırmağa çalışırdı. Münhen universitetinin professoru Andreas Etges:İnsanlar şəhər boyu növbələrə düzülmüşdü. Uşaqlar məktəbə getmirdi. Böyük şirkətlər işçilərin getməsinə icazə vermişdi.”

Brandenburq qapıları qarşısında və küçələrdə düzülmüş insanları görən Con Kennedi planlaşdırdığı çıxışının qeyri-adekvat ola biləcəyini düşünmüşdü. Münhen universitetinin professoru Andreas Etges:”O həmin çıxışı etməyəcəyinə qərar verdi. Elə yerində kimsə ona alman dilində dəftərçədə bir neçə cümlə yazmağa kömək etdi və o da çıxışını etdi.”

Qərbi Berlinin sakini olmuş Aleksandr Lonqolius:”Çox maraqlı idi. Yer özü-özlüyündə böyük deyidil, insanları oraya gətirmək üçün onlar ətraf küçələrdə dayanmalı idi. Bütün balkonlar dolmuşdu. Hamı orada olmaq istəyirdi.”

Bu səhnənin şahidi olan Con Kennedi Berlinə gəlməkdən qürur duyduğunu demişdi.
Münhen universitetinin professoru Andreas Etges:”Burada iki məsələ var. Biri odur ki, insanlar Kennedinin gərginliyi azaltmaq və Sovet İttifaqı ilə işləmək haqda danışdığını düşünürdü.”

Kennedi insanlara “Bu azad dünyada qürurla deyiləsi bir kəlmə var, o da “mən berlinliyəm”dir deyə müraciət etmişdi. Münhen universitetinin professoru Andreas Etges:”İkinci mesaj isə Amerikanın Berlin haqda öhdəliyini xatırlamaqdan ibarət idi. O bunu çıxışı vasitəsilə etdi.”

Qərbi Berlinin sakini olmuş Aleksandr Lonqolius:”Onun Xruşşovun qarşısında dayana bilməməsi, ya da Xruşşovun ona təcrübəsiz gənc bir prezident baxa bilməsilə bağlı şübhələr var idi. Bu çıxışıla o şübhələr yox oldu.”

O zaman Şərqi Berlinin sakini olmuş Verner Krayeçev şərqdə reaksiyasnın daha tənqidi olduğunu deyir. Şərqi Berlinin sakini olmuş Verner Krayeçev: “Reaksiya bundan ibarət idi ki, biz bu dünyaya aid deyilik və heç vaxt ona aid olmayacağıq, çünki amerikalılar qərbi berlinlilərə kömək edəcək, bizə yox.”

Berlin divarı Kennedinin məşhur çıxışından sonra daha 26 il şəhəri ayıracaqdı, lakin Amerika prezidenti Sovet İttifaqı əleyhinə qəti mpqe göstərə bilmişdi.
O, çıxışdan sonra demişdi: “Yaşadığımız müddətdə bir də belə bir gün olmayacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG