Accessibility links

Con Kennedinin siyasi irsi-soyuq müharibədən sülhə doğru [Video]


Noyabrın 22-də prezident Kennedinin sui-qəsd nəticəsində ölümündən 50 il keçdi. Kennedi 1961-ci ildə prezident olduqda dünya bugünkündən çox fərqli idi. Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında gedən soyuq müharibənin cəbhə xətti Berlin, Kuba və Veytnamdan keçirdi. Con Kennedi prezidentliyə kommunizmi qarşı mübarizə aparmaq əzmi ilə gəlmişdi.

Prezidentliyə başladığı vaxtdan Con Kennedi Sovet İffifaqı tərəfindən soyuq müharibə təcavüzü qarşısında geri çəkiməyəcək.

Con Kennedi:”Bizə yaxşı, ya da pis münasibətdən asılı olmayaraq, qoy bütün ölkələr bilsin ki, biz azadlığın mövcudluğu və inkişafını təmin etmək üçün hər bir qiyməti ödəmək, bütün yükü çəkmək və ağırlığa dözərək, dosta dəstək verib düşmənə qarşı olacayıq.”

Kennedi administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin Kastro əleyhdarları tərəfindən Kubaya müdaxilə planının baş tutmamasının uğursuzluğunu yaşayırdı. Müəllif Robert Dallek deyir ki, planın baş tutmaması böyük uğursuzluq idi və Kennediyə ciddi dərs olmuşdu.

Robert Dallek: “Bu, elə böyük bir uğursuzlu idi ki, Kennedi bundan sonra dəfələrlə demişdi ki, “mən necə bu qədər ağılsız ola bilərəm?. O, bundan çox əziyyət çəkirdi və ordada ona böyük inamsızlıq var idi.”

Kubada uğursuzluq, eləcə də Kennedinin gəncliyi və təcrübəsizliyi o demək idi ki o, Avropaya səfərləri zamanı həm müttəfiq, həm də rəqib dünya liderlərinin hörmətini qazanmalı idi.

Robert Dallek: Con Kennedinin Fransada Şarl de Qolla yanaşı dayanması və ona bərabərhüquqlu münasibətin göstərilməsi Kennedinin beynəlxalq mövqeyinə təsir göstərmişdi. Lakin Vyanada, Sovet İttifaqının kommunist partiyasının baş katibi Nikita Xruşşovlar görüşdə Xruşşov onunla nə etdiyini bilməyən bir gənc kim rəftar edir.
Ondan sonra da Berlin məsələsi. Xarici siyasətdə Kennedi administiyrasiyasının qarşısını almaq istədiyi bir məsələ var idisə, o da nüvə münaqişəsinə yol verməməkdən ibarətdir.”


Prezident Kennedi 1962-ci ilin oktyabrında ABŞ-ın kəşfiyyat təyyarələri Kubada sovet silahlı qüvvələrinin fəaliyyətlərini açkar etdiyi zaman xarici siyasət sahəsində ən ciddi sınaqla qarşılaşdı.

Prezident Con Kennedi:”Son həftə ərzində bu məhbəs adada raket obyektlərində indi hazırlıq işlərinin getdiyinə dair tamamilə təkzibedilməz fakt aşkar edilib.”

Kennedi sovet raketlərinin yerləşdirimləsinin qarşısını almaq üçün Kubanın blokadasının qaldırılmasını əmr etdi. 13 gün ərzində Kubada raket böhranı dünyanı nüvə müharibəsi təhlükəsi qarşısında qoydu. Lakin Kennedinin apardığı səhnə arxası diplomatiya ilə hərbi hücum təhlükəsinin mövcudluğu böhrandan çıxmağa və sovetlərin geri çəkilməsinə gətirib çıxardı.

Raket böhranı nəticəsində Kennedi soyuq müharibə nəticəsində yaranmış gərginliyin azaldılmalı olduğu fikri ilə razılaşdl. Ölümündən bir neçə ay öncə o, xarici siyasət sahəsində ən böyük uğurlu addımı ataraq, Sovet İttifaqı ilə nüvə silahlarının sınaqdan keçirilməsinə məhdudiyyətlərin qoyulmasına dair razılığı imzaladı. Bu, Moskva ilə gələcəkdə silahlara dair digər razılıqların imzalanmasına yol açdı.

Hakimiyyətdə olduğunu son günlər Kennedi ABŞ-ın Vyetnamın cənubunda hərbi müdaxiləsinin davam etdirilməsinin ağlabatan olduğuna dair bir-birinə ziddiyyətli fikirlər söyləyirdi.

Robert Dallek:”Mən onun Lindon Consonun etdiyini edə biləcəyini düşünmürəm. Onun Conson kimi əsgərlərin sayını azaldığına razı ola biləcəyinə inanmıram. O, ölkədən çıxardımı? Bilmirəm. Amma onun Conson kimi müharibəni bu miqyasa gətirəcəyinə inanmıram.”

Con Kennedinin prezidentlik dövrü qısa idi, lakin onun Kubada raket böhranını həll etməsi və dünyada sülh işinə verdiyi töhfələr onun prezident kimi irsinin ən mühüm hadisələridir.
XS
SM
MD
LG