Accessibility links

Con Kerri Amerikanın Səsinə müsahibə verib [Video]


Con Kerri Amerikanın Səsinə müsahibə verib
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Con Kerri Amerikanın Səsinə müsahibə verib

Müsahibədə İranla razılaşmadan danışan ABŞ dövlət katibi tənqidlə üzləşən administrasiyanı müdafiə edib

ABŞ dövlət katibi Con Kerri Amerikanın Səsinə müsahibəsində bildirib ki, İranla beynəlxalq nüvə razılığı dünyanı daha təhlüləsiz edərək iranlıların rifahının yüksəlməsinə və ABŞ-la İran arasında digər imkanların açılmasına xidmət edəcək. Dövlət katibi skeptik ABŞ qanunvericilərinin dəstəyini qazanmaq üçün Obama administrasiyasında mühüm adamlardan biri olub.

​Amerikanın Səsinin Fars Xidmətinə müsahibə verən ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, qanunvericilər anlayacaq ki, İran və ABŞ-ın başçılıq etdiyi 6 qüdrətli dövlət arasında əldə olunmuş razılaşmanın təsdiq edilməməsi ciddi problemlərlə üzləşən Yaxın Şərq regionunda yeni münaqişələrə və müharibəyə yol aça bilər.

"Əgər bu razılaşma olmasaydı, mən əminəm ki, Ayətulla deyərdi ki, mən nə üçün bunlarla danışıqlar aparmalıyam? Onlar sözlərinə əməl etmədilər, dediklərini etmədilər. Niyə bizim dünyadakı həmkarlarımız sanksiyalar razılaşma əldə olunmaq üçün tətbiq edildiyi deyirdilər, ancaq sanksiyaları dəstəkləyirlər. İstədiklərini aldılar və indi çıxıb getdilər. Ona görə, belə olsa regionda böyük təhlükə yaranar və hər şey məhv olar".

Dərhal tətbiq olunacaq qərarlar maliyyə, bank və ərzaq məhsullarına dair spesifik sanksiyaların ləğvidir. İrandan ixracatına icazə veriləcək məhsullara xalça, püstə və başqa qida məhsulları daxildir.
Con Kerri

Kerri administrasiyanı tənqidlərdən müdafiə edərək deyib ki, onlar insan haqları və İranda həbsdə olan amerikalıların azadlığı da daxil olmaqla, geniş məsələləri əhatə edən gündəm müəyyən ediblər.

"Əvvəl də dediyimiz kimi bu razılaşmada İran və dünya ictimaiyyəti və ya Birləşmiş Ştatlar və İran arasında mümkün bütün məsələləri seçsəydik, 10 illərlə müzakirə aparmalı olardıq və heç bir nəticə əldə edə bilməzdik. Ancaq nüvə məsələsinə görə bizim bu qədər gözləmək üçün vaxtımız yoxdur".

Cənab Kerrinin sözlərinə görə, bu razılaşma tam olaraq tətbiq edilsə, İranla bağlı çoxsaylı yaxşı irəliləyişlər əldə etmək mümkün olar.

"Bəli, buraya potensial səyahət də daxildir, ancaq dərhal tətbiq olunacaq qərarlar maliyyə, bank və qida məhsullarına dair spesifik sanksiyaların ləğvidir. İrandan ixracatına icazə veriləcək məhsullara xalça, püstə və başqa qida məhsulları daxildir. Yəni bu, hər şeyə deyil, bəzi məhsullara qapıların açılması deməkdir. Əsas embarqo qüvvədə qalır".

BMT Təhlükəsizlik Şurası nüvə razılaşmasını təsdiq edən qətnaməni yekdilliklə qəbul edib. Obama administrasiyası bazar günü planı Konqresə göndərib və bununla razılaşmanı nəzərdən keçirmək üçün qanunvericilərə verilən 60 günlük müddət başlayıb. Paktı İran qanunvericiləri də ratifikasiya etməlidir.

XS
SM
MD
LG