Accessibility links

ABŞ BMT-dəki keçirilən diplomatik danışıqlarda Suriya və Yəməndə müharibəyə son qoyulması və bu ölkələrdə sülhə nail olunması istiqamətində yaxşı imkanlar olduğunu görür.

Dövlət katibi Con Kerri Nyu-Yorkda İran xarici işlər naziri Cavad Zəriflə danışıqlardan sonra nikbin dəyərləndirmələr verib. Görüş BMT Baş Assambleyasının sessiyasının başlaması ərəfəsində bu gün keçirilib.

"Mən bu həftəni Yaxın Şərqdə bəzi çətin məsələlərin həlli istiqamətində bir neçə ölkənin vacib rol oynaması üçün mühüm imkan kimi görürəm" - deyə cənab Kerri bildirib.

Dövlət katibinin sözlərinə görə, o, qarşıdakı günlərdə BMT-də keçiriləcən danışıqlar zamanı irəliləyişlərin əldə olunacağına inanır.

Zərif isə deyib ki, o, İranla ABŞ-da daxil olmaqla dünyanın qüdrətli dövlətləri arasında nüvə razılığının tam tətbiqinə diqqətin yönəldilməsini planlaşdırır.

"Biz ümid edirik ki, tam tətbiqi ilə - tam xoşməramlı tətbiqi ilə biz onilliklərdir davam edən inamsızlığa son qoya bilərik" - deyə İranın xarici işlər naziri Cavad Zərif bildirib.

XS
SM
MD
LG