Accessibility links

Con Kerri Brexit-i müzakirə etmək üçün Avropada səfərdədir


ABŞ dövlət katibi Con Kerri bazar ertəsi Brüsseldə və Londonda Britaniyanın Avropa İtitfaqını tərk etməsinə dair referendumla bağlı görüşlər keçirmək üçün Avropada səfərdədir.

Kerri Londonda gərgin siyasi vəziyyətlə qarşılaşacaq. Mühafizəkarlar partiyasını təmsil edən baş nazir Deyvid Kameron cümə günü istefa verib. Bundan əlavə Leyboristlər Partiyasının lideri Ceremi Korbinin də istefaya getməsinə dair təzyiqlər artır. O, partiya daxilində Brexit əleyhinə dəstəyi yüksəldə bilməməkdə günahlandırılır.

Şotlandiyanın baş naziri Nikola Störcin bazar günü BBC telekanalına müsahibədə Britaniyanın siyasi liderlərini səriştəsiz adlandırıb.

Störcin həmçinin Şotlandiya parlamentinin razılıq verməyərək Brexit-ə veto qoymaq səlahiyyətinə malik olduğunu deyib.

Cümə axşamı keçirilən referendumda Şotlandiya böyük üstünlüklə Avropa İttifaqında qalmaq üzərində səs veriblər. Störcin bundan öncə də xəbərdarlıq edib ki, Şotlandiyanın ittifaqda qalması üçün hər bir yola baş vuracaq. Buna mümkün ikinci müstəqillik referendumu da daxildir.

Brexit üzərində təkrar referendum keçirməklə bağlı petisiyaya artıq üç milyondan çox imza toplanıb və bu, həm Leyboritstlər, həm də Mühafizəkarlar partiyası daxilindəki fraksiyaları bir araya gətirəcək parlament müzakirəsinə yol aça bilər.

XS
SM
MD
LG