Accessibility links

Con Kerri İran xarici işlər naziri ilə yenidən görüşüb


İranın ali dini lideri Ayətulla Əli Xameneyi bu gün bildirib ki, o, dünyanın qüdrətli dövlətləri ilə ölkənin milli maraqlarının əleyhinə olmayan nüvə razılığına gəlinməsinin tərəfdarıdır.

İran lideri bu açıqlamanı hava qüvvələr personalı ilə görüşü zamanı verib. Ruhani liderin bu çıxışını etdiyi vaxt ölkənin xarici işlər naziri isə Münhen şəhərində nüvə paktının müzakirələrinə dair açıqlama verib.

Cavad Zərif bildirib ki, o, bu gün ABŞ dövlət katibi Con kerri ilə İranın nüvə statususu barədə ciddi müzakirələr aparıb.

Cənab Zərifin sözlərinə görə, İranla razılığa gəlməyin yeganə yolu "hörmət və danışıqlar"dan keçir. İrana tətbiq edilən sanksiyaları da sərt tənqid edən xarici işlər naziri bu məhdudiyyətlərin gözlənilən nəticəni vermədiyini bildirib.

Cavad Zərib deyib ki, əgər razılıq əldə olunmasa bu, "dünyanın sonu olmayacaq", ancaq o, qarşıdakı 6 həftə ərzində həll yollarının tapılmasına diqqətini yönəltmək istəyir.

Münhen Təhlükəsizlik Konfransında danışan cənab Kerri də İranın nüvə proqramına dair razılığın əldə olunacağına ümid edir.

XS
SM
MD
LG