Accessibility links

Con Kerri Cənubi Koreyaya səfər edib


U.S. Secretary of State John Kerry arrives at a military airport in Seongnam, South Korea, May 17, 2015.

U.S. Secretary of State John Kerry arrives at a military airport in Seongnam, South Korea, May 17, 2015.

Bu gün Cənubi Koreyaya çatan ABŞ dövlət katibi Con Kerri prezident Park Quen-Hye və xarici işlər naziri Yun Byunq-se ilə çoxsaylı qlobal, regional məsələlərə və ikitərəfli əlaqələri müzakirə edəcək. Gündəliyə Şimali Koreyanın nüvə proqramı və prezident Parkın gələnə ABŞ-a baş tutacaq səfərinin müzakirəsi də daxildir.

Çinə səfər

ABŞ və Çin dövlət katibi Con Kerrinin Pekinə səfəri zamanı Cənubi Çin Dənizində ərazi münaqişəsinə dair fikir ayrılıqlarını ifadə ediblər. Şənbə və bazar günləri keçirilən görüşlərdə hər iki tərəf gərginliyin azaldılmasına və sülhün təbliği istiqamətində addımlar atılmasına çağırıb.

Çinin Cənubi Çin Dənizində mübahisəli sularda kütləvi torpaq salma işləri regionda və eləcə də ABŞ üçün artan gərginliyə səbəb olub. Bu mövzu dövlət katibinin Çinə səfəri müzakirə etdiyi başlıca mövzu olub.

Kerri səfərini Çin prezidenti Xi Cinpinqlə görüşü ilə başa vurub. Prezident Xi deyib ki, gərginliklərə baxmayaraq iki ölkə arasında münasibətlər stabildir və o, sentyabr ayında ABŞ-a səfər etməli planlaşdırır.

XS
SM
MD
LG