Accessibility links

ABŞ dövlət katibi Con Kerrinin Körfəz Əməkdaşlığı Şurasının xarici işlər nazirləri ilə görüşü zamanı İranın nüvə razılaşması və digər regional məsələlər haqda narahatlıqlar müzakirə olunub.

Kerri İranın nüvə proqramı ilə bağlı narahatlıqları azaltmaq üçün qrupla görüş keçirib. Şuranın bəzi üzvləri razılaşmanın İranın güclənməsinə və bunun regionda stabilliyin pozulmasına gətirib çıxaracağı ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Onlar həmçinin İranın Hizbullah kimi yaraqlı qruplara sanksiyaların ləğvindən sonra əldə olunan gəlirlərdən yardım edəcəyi barədə suallar ünvanlayıblar.

Kerri ilə görüşdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri iştirak edib. Prezident Barak Obama eyni ölkələrin xarici işlər nazirləriylə bu ilin may ayında Vaşinqtonda bir araya gəlmişdi.

Bununla yanaşı Kerri və Səudiyyənin xarici işlər naziri Abdel Əl-Cubeyir, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada davam edən münaqişəni müzakirə ediblər.

Kerri Misirdə təhlükəsizlik və digər məsələlər barədə görüşlərdə iştirak etdikdən sonra bazar günü axşam Doha şəhərinə çatıb.

XS
SM
MD
LG