Accessibility links

ABŞ dövlət katibi Con Kerri deyib ki, İranla dünyanın qüdrədli dövlətləri arasında yeni danışıqlar öncəsi İranın nüvə proqramına dair diplomatiya üçün açılmış pəncərə "çat" verməyə başlayıb.

İslam Respublikası sabah BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvə və Almaniya ilə nüvə proqramını müzakirə etməyə hazırlaşır.

Cənab Kerri bu açıqlamanı İranın xarici işlər nazirinin müavini Abbas Araqçının Tehranın mövqeyi barədə sərt bəyanatından sonra verib. Cənab Araqçı deyib ki, Tehran nüvə materiallarını ölkədən kənara köçürməyəcək. Onun sözlərinə görə, nüvə materiallarının İrandan çıxarılması “qırmızı xətt”dir.

Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çalışdığını düşünür. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir.
XS
SM
MD
LG