Accessibility links

ABŞ dövlət katibi İraq parçalanmaması üçün bütün konstruktiv proseslərə açıq olduqlarını bildirib

ABŞ İraqdakı sünni yaraqlıların fəaliyyətini genişləndirməsinin qarşısını almaq üçün İranla əməkdaşlığa açıq olduğunu bildirib.

Dövlət katibi Con Kerri bu gün Yahoo News-a verdiyi müsahibədə deyib ki, ABŞ İraqı bütöv saxlamağın bir yolu kimi Tehranla hərbi əməkdaşlığı istisna etmir. İraqın şimalındakı şəhərlərin nəzarətini ələ keçirən İraq və Şam İslam Dövlətinin yaraqlıları Bağdada doğru hərəkət edib.

Cənab Kerri deyib ki, ABŞ İraqda zorakılığın və ölkəni parçalamağa çalışan terrorçuların qarşısını almaq üçün bütün konstruktiv prosesə açıqdır.

Ancaq Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun müdafiə analitiki Cefri Vayt Amerikanın Səsinə bildirib ki, ABŞ-ın İranla əməkdaşlıq xəbərini reallıqda həyata keçirmək çətin məsələdir.
XS
SM
MD
LG