Accessibility links

ABŞ dövlət katibi Con Kerri prezident Əbdel Fəttah Əl-Sissi ilə danışıqlar aparmaq üçün Misirə rəsmi səfərə gedib.

Əvvəlcədən elan edilmiş səfər çərçivəsində cənab Kerri Qahirəyə bu gün çatıb.

Dövlət katibi xarici işlər naziri Samel Şükri ilə danışıqlar aparıb. Cənab Kerri hazırki vəziyyəti Misirdə keçid üçün mühüm məqam adlandırıb və söz deyib ki, ABŞ keçidin mümkün qədər rahat olması üçün yeni hökumətlə yaxından işləməyə maraqlıdır.

ABŞ keçən ilin iyul ayında ordunun Müsəlman Qardaşlarının hakimiyyətdən devirməsindən sonra ölkədə baş vermiş zorakılıqlara görə narahatlığını ifadə etmişdi.

Məhəmməd Mursi devriləndən sonra ölkədə yüzlər insan öldürülmüş və ya həbsxanaya salınmışdı.

Hökumət Müsəlman Qardaşlarının fəaliyyətinə qadağa qoyub və qurumun yüzlərlə üzvünü həbs edib. Başqaları isə cəmi bir neçə saat davam edən məhkəmə nəticəsində ölüm hökmü ilə üzləşib.
XS
SM
MD
LG