Accessibility links

Con Kerri Netanyahu və Mahmud Abbasla görüşəcək


ABŞ dövlət katibi Con Kerri bu gün bildirib ki, o, bu həftə Almaniyada əvvəlcə İsrail baş naziri Benyamin Netanyahu ilə, daha sonra isə fələstinlilərin lideri Mahmud Abbasla görüşərək iki həftədir israillilərlə fələstinlilər arasında artan gərginliyin aradan qaldırılmasını müzakirə edəcək.

Bu gün İsrail ordusu Qərb Sahilindəki İncil məbədinə qanunsuz daxil olaraq insident yaradan yəhudi ibadətçiləri oradan çıxarıb.

Dünən isə 3 ayrı insident zamanı israilliyə hücum etməyə çalışan 3 fələstinli güllə ilə vurularaq öldürülüb. Bu barədə məlumatı İsrail rəsmiləri verib.

İlk hücum İordan Çayının Qərb Sahilindəki Hebron şəhərində olub. Polis bildirib ki, fələstinli bir nəfər şəhərin israilli sakinini bıçaqlamağa çalışarkən israilli atəş açaraq 18 yaşlı fələstinlini yaralayıb. Bir qədər sonra fələstinlinin öldüyü bildirilib.

İsrail rəsmilərinin məlumatına görə, ikinci hücum zamanı mətbəx bıçağı ilə silahlanmış 16 yaşlı fələstinli Şərqi Qüdsdəki yoxlanış məntəqəsində İsrail polisinə hücuma cəhd edərkən güllə ilə vurulub.

Üçüncü hücum zamanı isə bir qadın öldürülüb. Polisin məlumatına görə, o, Hebron şəhəri yaxınlığında sərhəd polisini bıçaqlayandan sonra güllələnib.

XS
SM
MD
LG