Accessibility links

ABŞ dövlət katibi Con Kerri Pekində danışıqlar apararaq Çin liderlərinin Şimali Koreyanın nüvə silahı proqramına son qoymaq üçün təzyiq göstərməsinə çalışır.

Cənab Kerri səfərinə Böyük Xalq Zalında prezident Si Cinpinqlə görüşlə başlayıb. Daha sonra o, xarici işlər naziri Vanq Yi də daxil olmaqla, başqa yüksək vəzifəli şəxslərlə görüşüb.

Görüşlərdən sonra dövlət katibi prezident Si ilə görüşünü "çox konstruktiv" və "müsbət" qiymətləndirib.
XS
SM
MD
LG