Accessibility links

Con Kerri: Pol Xlebnikov korrupsiya ilə mübarizədə vicdanın səsi idi


ABŞ Dövlət katibi Con Kerri Moskvada tanınmış amerikalı jurnalist Pol Xlebnikovun qətlə yetirilməsindən 10 il keçməsilə əlaqədar rəsmi bəyanat açıqlayıb. Dövlət katibi deyib ki, amerikalı jurnalistin qətlə yetirilməsindən 10 il sonra Rusiyada araşdırmaçı jurnalistlər hələ də hücumlara məruz qalır və Rusiya mediasında müstəqil səslərə yer getdikdə azalır.

Con Kerri Pol Xlebnikovun Rusiyada siyasət və biznes haqda yazılar yazmaqdan daha böyük iş gördüyünü qeyd edərək, onun “korrupsiya ilə mübarizədə vicdanın səsi” olduğunu deyib.

ABŞ Dövlət katibinin bəyanatında Pol Xlebnikov və Rusiya həyatını itirən digər jurnalistlərin xatirəsinə ehtiram ifadə edilir. Con Kerri Rusiya hökumətini jurnalistləri müdafiə etməyə və ifadə azadlığına dair fundamental azadlıqlara hörmət etməyə çağırıb.

ABŞ Dövlət katibi Rusiyanı həmçinin Pol Xlebnikovun qatillərinin ədalət məhkəməsi qarşısına çıxarmağa səsləyib. Amerikalı jurnalistin qətli ilə əlaqədar heç kəs məhkum edilməyib.

Forbes jurnalının Rusiya nəşrinin baş redaktorun olan Pol Xlebnikov 2004-cü ildə iyulun 9-da Moskvadakı ofisinin qarşısında güllə ilə vurulmuşdu. Ağır yaralanan jurnalist xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG