Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Bosniyanın Srebrenitsa şəhərində 8 min müsəlman kişi və oğlanın qətl edildiyi soyqırımın 18-ci ildönümülə ilə bağlı bəyanatla çıxış edib.

ABŞ Dövlət katibinin bəyanatında deyilir: “Prezident Obama və Amerika xalqı adından Bosniya və Herseqovina xalqına xalqına qoşularaq, 1995-ci il iyul ayında Srebrenitsada soyqırımında həyatını itirmiş 8 min günahsız insanın xatirəsini anıram. Tarix göstərir ki, keçmişi arxada qoyub daha yaxşı gələcəyə getmək üçün həqiqat və barışıq çox vacibdir.

Biz qurbanlar üçün ədalət axtarmağa davam edən və bütün vətəndaşların əvvəl yaşadıqları yerə qayıtması və yaşaya bilməsi üçün işi aparan insanları alqışlayırıq.

Biz tarixi yenidən yazmaq, onu təhrif etmək, soyqımı danmaq, ya da Bosniya və Herseqovinanın çoxmillətli xarakterini inkar etmək cəhlərini rədd edirik.

Biz hər zaman yalana meydan oxumalıyıq, ona qarşı mübarizə aparmalıyıq, ona həqiqət, müdriklik və mərhəmətlə üstün gəlməliyik.

Ədalətli cəmiyyətin kövrəkliyi ondadır ki, biz ona qarşı çıxan qüvvələrə qarşı ayıq olmaq kimi bir öhdəlik götürmüşük.

Həyatlarını itirən insanlara ədalət axtradığımız vaxt biz gələcək nəsillərə tolerantlıq və qarşılıqlı anlaşma irsi qoyub getməklə onların xatirəsini anmalıyıq.

Biz Bosniya və Herseqovinın bütün vətəndaşlarını icmalar arasında körpülər yaradılması və oalrın Avro-Atlantik məkana tam inteqrasiya olması üçün birgə işləməyə çağırırıq.

İyulun 11-də biz sizin dərdinizə şərik oluruq və daha güclü gələcək qurmaq üçün hər gün sizinlə bir dayanırıq.”

On minlərlə insan Bosniya Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci ildə qətlə yetirilmiş 409 cəsədi yenidən torpağa tapşırmaq üçün keçirilən mərasimdə iştirak edib.

1995-ci ilin iyun ayında Balkanlarda gedən müharibə zamanı Serbiya silahlı qüvvələri BMT-nin nəzarəti altında olan Srebrenitsa kəndini ələ keçirib 8 mindən çox müsəlman kişi və oğlanı qətlə yetirib.
XS
SM
MD
LG