Accessibility links

Con Kerri Suriyanın son addımını alqışlayıb


Beynəlxalq müfəttişlərin Suriyanın kimyəvi silah arsenalını məhv etməyə başlamasından bir gün sonra ABŞ dövlət katibi Con Kerri Suriya hökumətinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini belə tez icra etməsini alqışlayıb.

Cənab Kerrinin sözlərinə görə, Təhlükəsizlik Şurasının qətnaməni qəbul etməsindən bir həftə sonra ilk silahlar məhv etməsi "həddən artıq ciddi addımdır".

Bu gün İndoneziyada olan Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Cənab Lavrov deyib ki, Suriyanın müttəfiqi olan Rusiya prezident Bəşar Əl-Əsəd hökumətinin əməkdaşlıq etməsi üçün hər şeyi edəcək.

Kerri jurnalistlərə açıqlamasında deyib ki, o və cənab Lavrov Noyabrda Suriya sülh konfransının təşkili üçün BMT-Ərəb Liqası nümayəndəsi Laxdar Brahimi ilə görüşmək barədə razılığa gəlib. Diplomatlar aylardan bu konfransın təşkilinə çalışsa da, görüş dəfələrlə təxirə salınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG