Accessibility links

CNN televiziya kanalında yayımlanan “State of the Union” proqramında çıxış edən ABŞ Dövlət Katibi Con Kerri Amerika kəşfiyyat orqanlarının çevriliş cəhdindən xəbərdar olmadığını bildirib. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə telefon danışığı zamanı Kerri Amerikaya qarşı belə bir ittihamda bulunmağın məsuliyyəsizlik olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri və müdafiə naziri 3 gün ərzində 45 ölkəni əhatə edən və İŞİD-ə qarşı mübarizə strategiyanı müzakirə edəcəyimiz böyük bir konfrans üçün Vaşinqtona gələcək.

Proqrama Lüksemburqdan qatılan Kerri çevrililşlə bağlı detalları amerikalıların bilmədiyini deyib. "Məncə Türkiyə hökümətinin özü də kimin hansı ölçüdə bu məsələyə daxil olduğunu anlamağa çalışır,” deyə o bildirib.

Bundan əlavə Kerri “Türkiyənin xarici işlər naziri və müdafiə naziri 3 gün ərzində 45 ölkəni əhatə edən və İŞİD-ə qarşı mübarizə strategiyanı müzakirə edəcəyimiz böyük bir konfrans üçün Vaşinqtona gələcək” deyib.

Kerri çevriliş cəhdinin İŞİD-ə qarşı mübarizəsinə təsir göstərib-göstərməyəcəyi ilə bağlı suala cavabda bildirib ki, oradaki komandirlərdən alınana məlumata əsasən bəzi ləngiləmələr olub, amma böyük problemlər yaşanmayıb.

Kerri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şənbə günü ABŞ-dan Fəthullah Güləni həbs edərək Türkiyəyə ekstradisiya edilməsi çağırışları ilə bağlı sualı da cavablandırıb.

“Bizə ekstradisiya tələbi ilə bağlı heç bir rəsmi müraciət olmayıb. Mən bunu dünən Türkiyə xarici işlər nazirinə də açıq çəkildə ifadə etdim. Biz heç nəyin qarşısını almağa çalışmırıq,” o deyib.

ABŞ-da qərargahlanan Fətullah Güləni Ərdoğan hökuməti qiyam cəhdində günahlandırır. Hələ ki, Ankara ittihamla bağlı ortaya dəlil qoymaylb.

ABŞ-da qərargahlanan Fətullah Güləni Ərdoğan hökuməti qiyam cəhdində günahlandırır. Hələ ki, Ankara ittihamla bağlı ortaya dəlil qoymaylb.

Fətullah Gülən ABŞ-ın şimal şərqində yerləşən Pennsilvaniya ştatındakı iqamətgahında müxbirlərlə söhbətində çevriliş haqda qabaqcadan məlumatlı olduğunu inkar edib. Gülən deyib ki, ona rəğbət bəsləyənlərin çox cüzi bir kəsimi ilə tanışdır - ona görə də tərəfdarlarınn çevriliş cəhdində potensial iştirakı haqda danışa bilməz.

“Bu cəhddə bulunanların müxtəlif səbəbləri ola bilər. Onlar müxalifət tərəfdarları ola bilərlər. Onlar millətçi ola bilərlər. Hər şey ola bilər," deyə 15 ildir Amerikada yaşayan Gülən tərcüməçi vasitəsilə müxbirlərə bldirib.

XS
SM
MD
LG