Accessibility links

Con Kerri Mahmud Abbas və Benjamin Netanyahu ilə müzakirələri başa vurdu


ABŞ dövlət katibi Con Kerri günlərdir İsrail və fələstinliləri liderləri ilə keçirdiyi təkbətək danışıqları sona çatdırıb.

Bu gün Ramallah şəhərində fələstinliləri prezidenti Mahmud Abbasla görüşündən sonra cənab Kerri deyib ki, son bir neçə gündə çox nikbin müzakirələr aparılsa da, hələ də üzərində çalışılmalı bir neçə məsələ qalmaqdadır. Cənab Abbasla yanaşı dayana ABŞ dövlət katibi jurnalistlərə açıqlamasında liderlərin bu yanaşmadan razı olduqlarını deyib. Ancaq o, detallara varmayıb.

Cənab Kerri və fələstinlilərin lideri son günlər İordaniyada iki görüş keçirib.

Birləşmiş Ştatların ali diplomatı habelə bu gün səhər saatlarında baş tutmuş 6 saatlıq sessiyada daxil olmaqla İsrail baş naziri Benjamin Netanyahu ilə 3 dəfə görüşüb.

Kerri gələn həftə keçiriləcək Cənubi Asiya təhlükəsizlik konfransına qatılmaq üçün bu gün Bruneyə gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG