Accessibility links

ABŞ dövlət katibi Con Kerri ABŞ, Çin, Yaponiya və Cənubi Koreya ilə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsində tamamilə həmrəy olduğunu deyib.

Kerri Çinin xarici işlər naziri Vanq Yi ilə görüşündən sonra deyib ki, regionda sülh və sabitlik yalnız Şimali Koreyanın altı ölkənin nüvəsizləşdirilmə barədə birgə əldə etdiyi razılığa riayət etdiyi təqdirdə təmin edilə bilər.

Con Kerri Cənub-şərqi Asiya Assosiasiyasının 10 üzvü və digər nümayəndələrlə ikigünlük görüşün bir hissəsi kimi Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə də görüşüb.

Bundan bir qədər əvvəl Kerri Cənub-şərqi Asiya Assosiasiyasının 10 üzvünü Cənubi Çin dənizində mübahisələrə dair irəliləyiş əldə etməyə çağırıb.
XS
SM
MD
LG