Accessibility links

ABŞ dövlət katibi Con Kerri ikinci raund danışıqlar da daxil olmaqla, Suriyanın gələcəyi və İŞİD yaraqlılarına qarşı müharibəni müzakirə etmək üçün üç ölkəyə səfərə çıxıb.

Avstriyada keçiriləcək görüş oktyabrda Suriyada siyasi vəziyyətə dair keçiriliən birinci dəyirmi masa danışıqlarının davamıdır.

Suriyanın xarici işlər nazirinin müavini deyib ki, Avstriya danışıqlarında iştirak edən ölkələrin spesifik məqsədi olmalıdır.

Lakin ABŞ və Türkiyə də daxil olmaqla, bir sıra digər ölkələr Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyəti tərk etməsini istəyir. Rusiya isə əksinə, Suriyada hər hansısa hakimiyyət dəyişikliyinin əleyhinədir.

Rusiya bu yaxınlarda ABŞ-ın Suriyaya quru qoşunlar göndərmə planını pisləyərək, ABŞ-ı Moskva ilə dolayı yolla münaqişə yaratmaqda təqsirləndirir.

Suriya məsələsini müzakirə etmək üçün Avstriyaya getməzdən əvvəl dövlət katibi ABŞ-Tunis Strateji Dialoquna dair ikinci raund danışıqlar məqsədi iləTunis rəsmiləri ilə görüşəcək.

Apreldə keçirilən ilkin dialoq zamanı tərəflər iqtisadiyyat, əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edib.

Kerrinin üç ölkəyə səfəri Türkiyənin Antaliya şəhərində başa çatacaq. Orada dövlət katibi Böyük 20-liyin liderlərinin sammitində iştirak edəcək prezident Barak Obamaya qoşulacaq.

XS
SM
MD
LG