Accessibility links

Con Lennonun gitarası 2.4 milyon dollara satılıb


50 ildir yoxa çıxan gitara Beattles qrupunun ən mühüm elementlərindən biri hesab edilir

Bir zamanlar Beattles qrupunun üzvü Con Lennona məxsus akustik gitara 2.4 milyon dollara satılıb.

J-160E Gibson gitarasını bu gün Los Ancelesdə Culien hərracında adının açıqlanmasını istəməyən bir şəxs alıb.

Hərrac gitaranı “Beatles qrupu ilə bağlı ən vacib gitara” kimi təqdim edib. Təqdimatda deyilir ki, 50 ildir yoxa çıxan gitara Con Lennon tarixinin nadir və ən mühüm elementidir. Hərrac tərəfi 1963-cü ilin dekabrında The Beatles Finsbury Park Christmas şousundan sonra yoxa çıxmışdı.

Beatles qrupunun musiqiçisi olan Lennon və Corc Harrison 1962-ci ildə Liverpuldakı Rushworth's Musiqi Evindən hərəsi üçün bir Gibsons gitarası almışdı. İngiltərədən Amerika üçün xüsusi sifariş olduğuna görə, gitaralara xüsusil seriya nömrələri də verilibmiş. Hərracdan bildiriblər ki, 1962-1963-cü illərdə yazılmış Fab Four kimi məşhur mahnılar bu gitarada ifa edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG