Accessibility links

Con Makkeyn: Daha Trampı dəstəkləmirəm


Nüfuzlu Respublikaçı Senator və prezidentliyə sabiq namizəd Con Makkeyn partiyasının prezidentliyə namizədi Donald Trampdan dəstəyini çəkən növbəti Respublikaçıdır.

Senator Makkeynin bu addımı cümə günü Trampın qadınlarla aqressiv rəftarı haqda biədəb şəkildə danışdığı video meydana çıxdıqdan sonra başlanan qalmaqal əsnasında baş verir.

Donald Trampın bu həftə üzə çıxan davranışı, onun qadınlar haqda alçaldıcı şərhləri və seksual təcavüz haqda qürrələnməsi, ona hətta bu şərti dəstəyi verməyi də qeyri-mümkün edir.

2008-ci ildə Respublikaçıların prezidentliyə namizədi olmuş Con Makkeyn Trampdan dəstəyini çəkən sonuncu ən nüfuzlu siyasi fiqurlardandır.

Partiya rəhbərliyi ehtiyat edir ki, Trampın davranışı haqda üzə çıxanlar Respublikaçıların qadın seçicilər arasında nüfuzuna xələl gətirə və bütünlükdə Respublikaçı namizədlərə mənfi təsir göstərə bilər.

"Trampın bu təhqiramiz və alçaldıcı ifadələrinə heç cür bəraət qazandırmaq olmaz; heç bir qadın bu şəkildə alçaldılmamalıdır. Davranşına görə yalnız o özü məsuliyyət daşıyır və buna görə də yalnız o özü hərəkətlərinin fəsadları ilə üzləşməlidir,” Makkeyn bildirib.

Şənbə günü erkən Makkeynin Senat yeri uğrunda növbəti seçkilərdə rəqibi olacaq Konqres üzvü Ann Kirkpatrik rəqibinə təzyiq göstərməyə başlamışdı.

Donald Tramp üzə çıxan videoda dediklərinə görə üzr istəyib.
Donald Tramp üzə çıxan videoda dediklərinə görə üzr istəyib.

Demokrat opponenti onu praymerilərdə qələbə çalmaq üçün Donald Trampa dəstək verməkdə ittiham edib. Avqustun 30-da keçirilən ilkin seçkilərdə Tramp tərəfdarları Makkeynin namizədlik uğrunda mübarizəsində ona səs verməyəcəkləri ilə hədələmişdilər.

"Mən patiyamızın nominasiya etdiyi adamı dəstəkləmək istəmişəm. Tramp mənim seçimim deyildi, amma keçmiş namizəd olaraq hesab edirdim ki, Donald Trampın əksər qurultay nümayəndələrini qazanması faktına hörmət etmək vacibdir. Mən həmin hörməti onun tərəfdarlarına borclu idim," deyə Makkeyn vaxtikən Trampa dəstəyini izah edib. “Amma Donald Trampın bu həftə üzə çıxan davranışı, onun qadınlar haqda alçaldıcı şərhləri və seksual təcavüz haqda qürrələnməsi, ona hətta bu şərti dəstəyi verməyi də qeyri-mümkün edir.”

Müşahidəçilər Donald Tramın videosu ilə bağlı skandalı Respublikaçı namizədin indiyədək üzləşdiyi ən dərin böhran kimi dəyərləndirirlər.

XS
SM
MD
LG