Accessibility links

Con Makkeyn: "Xədicə və Savçenko qəhrəmandırlar!" [Video]


ABŞ-ın nüfuzlu senatoru Xədicə İsmayılın sərbəst buraxılmasına münasibət bildirdi

AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın azadlığa çıxmasına münasibət bildirən ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn həm Xədicəni, həm də eyni gündə rus əsrlərlə mübadilə edilən Nadiya Savçenkonu qəhrəman adlandırıb. “Nadiya və Xədicə həm öz ölkələri, həm də bütün dünya üçün qəhrəmandırlar,” deyə Senator Amerikanın Səsinə açıqlamasında bildirib.

Bu hökumətlərin heç biri yaxşı adamlarla təmsil olunmadığı üçün onların xoş məramlarla azadlığa çıxmasını düşünmək fantaziya olardı.

Con Makkeyn Xədicə İsmayılova və Nadejda Savçenkonun azadlığa çıxması xəbəri böyük sevinc hissi ilə qarşıladığını dilə gətirib. “Onlar inandıqları uğrunda mübarizə aparırdılar, ədalətsiz həbsə məhkum olunmuşdular və indi onlar azaddır. Mən onların özləri və ailələrini təbrik edirəm.”

Arizona ştatını təmsil edən Respublikaçı senatorun fikrincə hər iki qadının azadlığa çıxmasında beynəlxalq təzyiqlər rol oynayıb. O deyib ki, konkret haradan daxil olan təzyiqlərə görə onların azad olunduğunu bilməsə də, əmindir ki, bu cəsur qadınların azadlığa qovuşmasında beynəlxalq ictimaiyyətin rolu böyük olub.

“Bu hökumətlərin heç biri yaxşı adamlarla təmsil olunmadığı üçün onların xoş məramlarla azadlığa çıxmasını düşünmək fantaziya olardı” – deyə senator bildirib.

Xədicə İsmayılın həbsindən bir gün əvvəl Amerikanın Səsinə müsahibəsində Con Makkeyn Azərbaycan hökumətini ABŞ addımlar atmamış Xədicə İsmayılı sərbəst buraxmağa çağırmışdı. Azərbaycan hökumətinin onu həbsdə saxlamasının "hiddət doğurduğunu" deyən nüfuzlu ABŞ senatoru Xədicəni azad etməyəcəyi, və ümumiyyətlə insan haqlarına hörmət etməməkdə davam edəcəyi təqdirdə, Azərbaycan rəhbərliyinə qarşı addımlar atılacağını bəyan etmişdi.

XS
SM
MD
LG