Accessibility links


Con Travoltaya qarşı seksual təcavüz ittihamları irəli sürüldükdən sonra aktyorun həyat yoldaşı ilə münasibətlərində problemlər yaranmışdı.

Odur ki, Travoltanın adını bir neçə məhkəmə proseslərində gördükdən sonra Los Ancelesdə keçirilən `Savages` filminin premyerasında onu qırmızı xalının üzərində xanımı Keli Prestonla gülərüz görmək sevindirici hal idi.

Cütlük biri-birinə olan məhəbbətlərini gizlətməkdən utanmırdılar.

Aktyor son vaxtlarda yaşadığı dramalardan bəri ilk dəfədir ki, ictimayyət qarşısına çıxır.

Mərasim boyu sevgililər əllərini bir-birindən ayırmırdılar, və onların xoşbəxt görünmələri ürəkaçan bir mənzərə idi.
XS
SM
MD
LG