Accessibility links

Con Travolta seksual təcavüzə görə məhkəməyə verilib


Los Ancelesdə ikinci kişi masajçı fərdi otaqda masaj edərkən Con Travolta tərəfindən seksual təcavüzə məruz qaldığını iddia edərək aktyoru məhkəməyə verib. RadarOnline dedi-qodu veb səhifəsinə istinadən adının gizli saxlanılmasını istəyən şəxs insidentin 2012-ci ilin yanvar ayında Corcia ştatının Atlanta şəhərində, oteldə baş verdiyini və seksual təcavüz və bilərəkdən emosional narahatlıq törətdiyinə görə Travoltanın 2 milyon dollar ödəməsini istəyir.

Məhkəmə eyni vəkil tərəfindən təmsil olunan başqa bir kişi masajçının da Con Travoltanı məhkəməyə verərək 2 milyon dollar tələb etməsindən bir gün sonraya təsadüf edib. İttihamçının sözlərinə görə Beverly Hills otelində Travolta masajçıya onun özünü masaj etmək təklifi edib. Travoltanın kompaniyası ilk iddianı cavablandıraraq deyiləri n nağıl olduğunu bildirib. Travolta hadisə baş verən zaman ümumiyyətlə Beverli Hils otelində olmadığını deyib. Aktrisa Kelli Prestonla 20 ildən çox evli olan 58 yaşlı aktyor hələ ki, ikinci iddiaya dair bir söz deməyib. Lakin o, birinci ittihamçı və onun vəkilinə qarşı kontor ittiham irəli sürəcəyini planlaşdırdığını elan edib.

XS
SM
MD
LG